Gəncə DYP şöbəsinə yeni komandir təyin edildi

Cəmiyyət
19:43 / 10.02.2023
39321
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Sfera.az-ın xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis baş leytenantı Musayev Kazım Akif oğlu Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin tağım komandiri vəzifəsinə təyin edilib.
Kazım Musayev bu təyinata qədər Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əlahiddə yol patrul bölüyünün baş inspektoru vəzifəsində çalışıb.