Tramp prezident olsa, onlarla məşhur ABŞ-dan qaçacaq – SİYAHI - FOTOLAR
Amerikada bu yaxınlarda baş tutacaq prezident seçkiləri həm bu ölkədə, həm də bütün dünyada həyəcanla gözlənilir. Başçılıq yarışında ən son nöqtəyə qədər gedən Donald Tramp bir çox məşhur adı hərəkətə keçirmiş vəziyyətdədir. Bu məşhurlar Tramp seçildiyində Amerikanı tərk edəcəklərini söyləyirlər.
1. Lars Ulriç
Metallikanın barabançısı Lars Ulriç Trampın ifadələrindən məmnun olmayan məşhurlar arasındadır. Ulriç Tramp seçilsə, Danimarkaya yerləşməyi düşünür.
2. Con Stevart
"The Daily Show” ilə tanıdığımız Con Stevartın ifadələri çox çaşdırıcıdır. Stevart əgər Tramp qazansa, başqa bir planetə köçəcəyini söyləyir.
3. Çelsi Handler
Məşhur komediyaçı Çelsea Handler, Trampın siyasətlər ilə yaşaya bilməyəcəyini, İspaniyaya köçəcəyini söyləyib.
4. Niv Kimpbel
Aktrisa Trampın əslində dürüst davrandığını ancaq bu dürüstlüyün qorxuducu olduğunu söyləyir. Niv Kanadaya köçəcəyini bildirir.
5. Barri Diller
Nəhəng Amerika internet və media firması IAC-nin qurucusu Barri Diller də Tramp haqqında yaxşı düşüncəyə sahib olmayan məşhurlar arasındadır. O, Trampa başqa ölkəyə gedərək müqavimət göstərəcəyini söyləyir.
6. Lena Dunham
"Girls” serialının ssenaristi Lena Dunham da Trampın qalibiyyəti vəziyyətində Kanadaya köçməyi düşünən məşhurlardan biridir.
7. Kigan-Maykl Key
"Key&Peel” serialının ulduzu Kigan-Maykl Key Trampın başçı olduğu andan etibarən Kanadada yaşamağı planlaşdıranlar arasındadır.
8. Xloya Sevini
Aktirisa Trampın siyasi görüşünün özünə uyğun olmadığını düşünənlərdəndir. Prezident seçilsə, Kanadanın ən rifah dolu yerlərindən olan Yeni Şotlandiya bölgəsinə köçəcəyini bəyan edir.
9. El Şarpton
Amerikada qənaətinə əhəmiyyət verilən fəal olan Al Şarpton Trampın başçı olmadığı bir yerin onun üçün uyğun olacağını söyləyir. Yəni, Amerika xaric hər hansı bir yerdə yaşayacaq.
10. Nataşa Lionne
Məşhur serial "Orange Is The New Black” ulduzlarından Nataşa Lionne, Tramp seçilsə əvvəlcə ağıl xəstəxanasına, oradan da xaricə gedəcəyini bildirib.
11. Eddi Griffin
Məşhur komediyaçı də söz mövzusu vəziyyət reallaşarsa, Afrikada hər hansı bir yerə köçəcəyini söyləyir.
12. Li Spayk
Məşhur rejissor Li Spayk mövzudan çox narahatdır. Ölkəni tərk etməyi düşünən Li yeni bir respublika qurmaq fikrindən də bəhs edir.
13. Ember Rouz
Məşhur model oğlunu da yanına alıb, ölkəni tərk edəcəyini söyləyir.
14. Samyuel L.Cekson
Aktyor yeni evinin Cənubi Afrika olacağını bildirir.
15. Şer
Şer rəngli xarakterini ölkə seçimində də ortaya qoyur. Yupiterə köçmək istədiyini deyir.
16. Corc Lopez
Məşhur komediyaçı Lopez əgər Tramp qazansa immiqrasiya problemi olmayacağını, çünki özünün və özü kimi düşünənlərin geriləyəcəyini düşünür.
17. Barbra Streyzand
Müğənni yeni evinin Avstraliyada ya da Kanadada olacağını açıqlayıb.
18. Reyven-Simone
Aktrisa Reyven-Simone də Kanadanı seçən məşhurlar arasındadır.
19. Vupi Qoldberq
Qadın komediyaçı dəyəndə ilk ağla gələn adlardan olan Vupi Qoldberq hara gedəcəyini bilməyənlərdəndir. Amma Tramp seçilərsə, Amerikada dayanmaq istəmədiyini açıqlayıb.
20. Omari Hardvik
"Power” serialının aktyoru İtaliyanı özünə uyğun yer olaraq gördüyünü bildirir.
21. Mayli Sayrus
Siyahının ən məşhur adı Mayli Sayrus hara gedəcəyini bilmir amma instaqramdan paylaşdığı postlarda Amerikada qalmaq istəmədiyini söyləyir.
22. Rut Beyder Qinzburq
Amerika hakimi olan Rut Beyder Qinzburq Trampın bu yerə qədər gəlməsini belə ağlının kəsmədiyini söyləyir və Yeni Zelandiyanın uyğun bir yer olacağını düşünür.
23. Emi Şumer
Aktrisa indidən İspan dərslərinə başladığını, belə bir vəziyyət ortaya çıxdığında İspaniyaya getməyi düşündüyünü söyləyir.