“Sevgililər Günü”ndə qadınların ürəyincə olacaq - 5 ƏN YAXŞI HƏDİYYƏ İDEYASI - FOTO

Cəmiyyət
18:20 / 10.02.2023
41545
Sevgi o qədər özəl və qiymətli hisdir ki, paylaşdıqca çoxalır, çoxaldıqca xoşbəxt anlarımızın sayı artır. Əziz bəylər, “Sevgililər Günü”ndə xoşbəxt anlarınızın siyahısına yenisini əlavə etmək istəyirsinizsə, sizin üçün maraqlı hədiyyə ideyalarımız var. Sözü çox uzatmadan gəlin sevdiyinin qadının ürəyincə olacaq ən yaxşı TOP 5-i nəzərdən keçirək:
- Hər telinə sevgi ilə sığal çəkin: Qısa-uzun, qalın-nazik demədən hər saç növünə birəbir uyğun gələnDysonfeni bir çox xanımın xəyallarındakı hədiyyə olduğunu əminliklə deyə bilərik. Salonda saatlarla vaxt keçirməyə artıq ehtiyac yoxdur. 5 başlıqlı Dyson ilə düz, dalğalı və həcmli buruqlar dəqiqələr ərzində əlçatandır. Model minimum istiliklə çalışıb saçları zərərli ionlardan qoruyur. Beləliklə onun ipək kimi saçlarından 1 tük belə əskik olmayacaq.
- Sevgi əqrəbləri 14:02-i göstərir: Ultra zərif dizayn, yumşaq çəhrayı rəng, 3D displey, blutuz zəng funksiyası-bütün bunlarLora smart saatıilə onun incə biləyində birləşəcək. 72 saatadək işləmə müddəti olan model kalorihesablama, addımölçən, yuxu analizi, ürək ritmi göstəricisi və digər funksiyaları ilə ağıllı saatdan olan gözləntiləri artıqlaması ilə qarşılayır. Elə isə ona ən romantik dəqiqələri Lora ilə hədiyyə edin.
- Hər zəngdə qulaqdan qəlbə çatın: Sevgililər günü, hətta ilin istənilən günündə top hədiyyə? Söhbət təqdimata ehtiyacı olmayaniPhone 13-dəngedir. 3 kamerası ilə foto və videoçəkilişində keyfiyyət fərqi ortaya qoyan model hal-hazırda endirimli qiyməti ilə büdcənizi sevindirəcək, o qıza isə sizi bir daha sevdirəcək.
- Onun saçlarına sevgi düzün: 5 fərqli başlığı ilə 5-dən çox saç düzümüPhilips feniilə artıq sevdiyiniz xanımın əllərində olacaq. Saçı elektriklənmədən qoruyan bu fen ən təbii saç stilləri yaratmağa kömək edir. Qiyməti olduqca münasib olan Philips fen dəsti ilə sevgilinizin saçları hər gün ipək kimi yumşaq, günəş kimi parlaq olacaq.