Sədərəkdə oğurluqda şübhəli bilinən şəxslər saxlanıldı

Sədərəkdə oğurluqda şübhəli bilinən şəxslər saxlanıldı

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

 

Bu barədə Sfera.az-a Sədərək Rayon Polis Şöbəsindən məlumat verilib.

 

Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları Dəmirçi kənd sakinləri Bəhman Hüsyenəliyev və Elnur Fərəcovu Dəmirçi kəndində baş vermiş oğrluq faktları ilə əlaqədar şübhəli şəxs qismində saxlayaraq məsuliyyətə cəlb ediliblər.

 

Onların müxtəlif vaxtlarda kənd ərazisindən oğurladıqları ev quşları və elektron avadanlıqlar maddi sübut kimi götürülüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR