Zəlzələdə daha çox uşaqların sağ qalmasının səbəbi nədir? - Professor AÇIQLADI 

Zəlzələdə daha çox uşaqların sağ qalmasının səbəbi nədir? - Professor AÇIQLADI 

Türkiyədəki zəlzələdən bir neçə gün keçməsinə baxmayaraq, dağıntılar altından sağ çıxarılanların sayı artır. 

 

Bunun arxasında dayanan “tibbi möcüzə” faktoru varmı? Böyüklərdən daha çox uşaqların xilas edilməsinin əsas səbəbləri nələrdir? 

 

Sfera.az bildirir ki, bununla bağlı Türkiyə Təcili Tibbi Yardım Dərnəyinin İdarə Heyətinin üzvü professor Haldun Akoğlu danışıb.

 

Mütəxəssis deyib ki, travma nəticəsində yaranan ağır və ölümcül xəsarətlər tibbi müdaxilə edilmədikdə ilk 3-4 saatda insan itkisinə səbəb olur:

 

“2013-cü ildə Banqladeşdə baş verən zəlzələdə sağ qalma müddəti 17 gün olub. Buna təsir edən ən əhəmiyyətli faktorlar - ciddi zədə almamaq, təmiz hava girişi və çıxışının olması, çuxurun altından içməli su tapa bilməkdir.  Eyni zamanda, yaş, əlavə xəstəliklərin olmaması da sağ qalmaq ehtimalına təsir edən amillərdəndir. Bir insan su olmadan 3-7 gündən çox yaşaya bilməz”.

 

Professor daha çox uşaqların sağ qalma məsələsindən də söz açıb: “Uşaqlar daha az yer tutduqları üçün ciddi xəsarətlərdən yayına bilirlər. Ortopedik travmalara qarşı da nisbətən yüksək müqavimət göstərirlər. Amma burada yaş önəmlidir. Təəssüf ki, xüsusilə 5 yaşdan aşağı olanlarda bu imkanlar tərsinə dönə bilər”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR