Qripin yeni ştamı yayılıb? – Mütəxəssisdən AÇIQLAMA

Qripin yeni ştamı yayılıb? – Mütəxəssisdən AÇIQLAMA

Son günlər “influenza” virusunun yayıldığı, onun qripin yeni ştamlarından biri olduğu söylənilir. Eyni zamanda, epidemioloji vəziyyətin pisləşə biləcəyi haqda fikirlər səsləndirilir.

 

Sfera.az bildirir ki, bununla bağlı fikirlərini bölüşən tibb elmləri doktoru, professor Musa Qəniyev deyib ki, bizim “qrip” adlandırdığımız infeksiyaya italyanlar “influenza” deyirlər:

 

“Bu ifadə “İnfluenza di fredo” sözündən götürülüb, mənası “soyuğun təsiri” deməkdir. Yəni “influenza” və “qrip” eyni xəstəlikdir. Sadəcə olaraq, “influenza” bu infeksiyanın tarixə qovuşmuş adıdır. Yeni ştama gəlincə, hazırda fəsli fəallıq göstərən qrip virusu ciddi genom fərqliliyinə məruz qalmış yeni ştam deyil. Odur ki, nə “influenza” sözü narahatlıq doğurmalıdır, nə də guya, qripin yeni ştamı yayılıb deyə, qorxuya düşmək”.

 

Mütəxəssis qeyd edib ki, qripin hazırda fəallıq göstərən ştamları müəyyən preparatlara qarşı həssasdır:

 

“Bunlara neyramidazanın inhibitirları qrupunun oseltamivir, zanamivir, laninamivir və peramivir kimi bütün preparatları daxildir. Bunu insanların məlum preparatlardan istifadə etməsi üçün deyil, sadəcə, sakitləşib rahat olmaları üçün dedim. Yəni qrip hətta çox ağır keçsə belə, onu tam sağaldan xeyli sayda dərman preparatı var. Digər tərəfdən, yalnız immun sistemi tükənmiş və xronik üzülmüş yataq xəstələri nəzərə alınmasa, hazırda bütün yaş qrupları üzrə, qripə yoluxma halında letallıq əmsalı sıfır faizdir”.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR