“Rusiya neft hasilatını azalda bilər” – Novak 

“Rusiya neft hasilatını azalda bilər” – Novak 

Rusiyada neft hasilatının azaldılması riski qalır. 


Sfera.az xəbər verir ki, bu haqda açıqlamanı Rusiya baş nazirinin müavini Aleksandr Novak verib. 


O bildirib ki, Rusiyada neft hasilatının azaldılıb-azaldılmayacağı ilə bağlı hökumət yaxın gələcəkdə qiymətləndirmə aparacaq. "Bəli, Rusiyada neft hasilatının azalması riski var. Biz bunu yaxın vaxtlarda qiymətləndirəcəyik", - Novak bildirib. 


Açıqlanan məlumatlara əsasən, tətbiq edilən sanksiyalara baxmayaraq, Rusiyada neft hasilatı son bir neçə ayda sabit qalıb. Sutkalıq hasilat 9,8-9,9 milyon barel səviyyəsində dəyişib. Novak fevralda da hasilat tempinin eyni səviyyədə qaldığını vurğulayıb. 


Xatırladaq ki, ABŞ və Avropa İttifaqı ölkələri Rusiyanın ixrac etdiyi neft və neft məhsullarına qiymət tavanı tətbiq edib. Qaydalara əsasən, sanksiyaya qoşulan ölkələrin şirkətləri Rusiyadan neft və neft məhsullarını tavan qiymətdən baha ala bilməz. Ötən ilin dekabrın 5-dən Rusiyanın neftinə, bu ilin fevralın 5-dən isə neft məhsullarına qiymət tavanı qüvvəyə minib. 


Rusiyanın xam nefti üçün qiymət limiti 60 dollar, benzin və dizel yanacağı üçün 100 dollar, mazut üçün 45 dollar müəyyən edilib. 


Rəsmi Moskva hesab edir ki, bu qayda qeyri-iqtisadidir və buna görə də Rusiya hasilatı azalda bilər. Əgər Rusiya neft hasilatını kəskin şəkildə azaldarsa, bu, bazarlarda qiymətin artmasına səbəb olacaq və dünyada yeni bahalaşma dalğası yaradacaq. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR