Türkiyədəki zəlzələdə 2 rusiyalının meyiti tapıldı

Türkiyədəki zəlzələdə 2 rusiyalının meyiti tapıldı

Türkiyədə zəlzələdən sonra itkin düşən rusiyalı ailənin 2 üzvünün meyiti tapılıb.

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, xilasedicilər dağıntıları təmizləyərkən iki Rusiya vətəndaşının - bir qadın və bir uşağın meyitini tapıblar. 


Qeyd edək ki, Rusiyadan gələn xilasedicilər Hatayda rus ailəsinin məskunlaşdığı binanın dağıntılarında axtarışlar aparırlar.

 

Axtarış zamanı ailənin 2 üzvünün meyiti tapılıb. Digərlərinin axtarışı davam etdirilir. 

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR