Türkiyədə prezident və parlament seçkiləri təxirə salınır? - Meral Akşener AÇIQLADI

Türkiyədə prezident və parlament seçkiləri təxirə salınır? - Meral Akşener AÇIQLADI

“Seçkilərin mayın 14-nə qədər çatacağını düşünmürəm”.

 

Sfera.az bildirir ki, bunu Türkiyə müxalifətinin “6-lı” masasında təmsil olunan İYİ Partiyanın sədri Meral Akşener jurnalistlərin “Zəlzələ seçki tarixinə təsir edəcəkmi?” sualını cavablandırarkən deyib.

 

Zəlzələ bölgəsinə səfər edən Akşener sözügedən sualdan məmnun görünməyib. Lakin o, seçkilərin  iyunun 18-nə kimi keçiriləcəyini əlavə edib.

 

Qeyd olunub ki, Türkiyə Konstitusiyasının 78-ci maddəsinə əsasən, müharibə səbəbindən yeni seçkilərin keçirilməsi mümkün olmadıqda TBMM (Türkiyə Böyük Millət Məclisi) seçkilərin bir il təxirə salınmasına qərar verə bilər. Akşener isə TBMM-in belə bir qərar verəcəyini düşünmür. O həmçinin,  "Biz siyasətçilər seçkinin keçirilməsi üçün əlimizdən gələni etməliyik”, deyə vurğulayıb.

 

Meral Akşener “Zəlzələnin Ərdoğanın seçki dəstəyinə təsiri necə olacaq?” sualını isə cavablandırmaqdan imtina edib.

 

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçirlməlidir.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR