Bakıda ən çox tikinti iki rayonda aparılır  - 3,23 milyard manat

Bakıda ən çox tikinti iki rayonda aparılır  - 3,23 milyard manat

Bakıda tikinti işlərinin dəyəri ötən il 7,92 milyard manata çatıb. Bu qədər işin təxminən 40 faizi 2 rayonda icra edilib. 


Sfera.az xəbər verir ki, paytaxtda ən çox tikinti işi Nəsimi və Xətai rayonlarında həyata keçirilib. Nəsimidə işlərin həcmi 1,75 milyard manat, Xətaidə 1,48 milyard manat olub. Digər rayonların heç birində tikinti işlərinin dəyəri 1 milyard manatı ötməyib. 


Tikinti işlərinin həcmi daim çox olan Nərimanovda bu il 881 milyon manatlıq iş icra edilib. Nizami rayonunda isə ötən il işlərin həcmi 2,7 dəfə artaraq 843 milyon manatı ötüb. 


Ərazisinə görə Bakının ən böyük rayonu olan Qaradağda 543 milyon manatlıq, digər böyük rayon olan Xəzərdə 75 milyon manatlıq iş görülüb. 


Paytaxtın ən kiçik rayonu olan Pirallahıda isə tikinti həyata keçirilməyib. 


Vasif


OXŞAR XƏBƏRLƏR