Deputat Türkiyəyə yardımdan YAZDI: "Vətənpərvərlik pozası alıb, meymunluq etməyə..."

Deputat Türkiyəyə yardımdan YAZDI:

“Milli Məclisin sədrindən başlamış sıravi deputata qədər hamısı könüllü şəkildə maaşından əhəmiyyətli məbləği Türkiyəyə yardım üçün göndərib”.

 

Sfera.az bildirir ki, bunu deputat Fazil Mustafa deyib.

 

O qeyd edib ki, ayrı-ayrı yardım toplama məntəqələrində yaşamaq üçün vacib malları hazırlayıb təhvil verən xeyli deputatlar da var:

 

 

“Deputat bunu reklam etmək üçün hər qutunun yanında şəkil çəkdirməlidir? Türkiyəmizin bu acı günündə hər kəs səmimi şəkildə öz imkanı çatanı etsin, yalandan vətənpərvərlik pozası alıb meymunluq etməyə gərək yox! Bölücülüklə məşğul olmağa nə ehtiyac var? Prezidenti də, deputatı da, məmuru da, ziyalısı da, müəllimi də, həkimi də, hətta məktəblisi də Türkiyənin acısını öz canında hiss edir, əlindən gələni əsirgəmir. Bu gün hər bir ləyaqətli azərbaycanlı həqiqətən də Türkiyə ilə nəfəs alır”.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR