Leonardo Di Kaprionun yeni sevgilisi İnstaqramını sildi - FOTOLAR

Leonardo Di Kaprionun yeni sevgilisi İnstaqramını sildi - FOTOLAR

Leonardo Di Kaprionun yeni sevgilisi olduğu ehtimal edilən 19 yaşlı israilli model Eden Polanyi İnstaqram səhifəsini silib.
 

Sfera.az bildirir ki, 48 yaşlı Hollivud aktyorunun sevgilisi olduğu barədə söz-söhbətlər yayılan model, media onların münasibətini müzakirə etməyə başladıqdan sonra İnstaqram hesabını silib.
 

Polanyinin Instagram hesabı @edenpolanii istifadəçi adı ilə 8 fevral 2023-cü il səhərə qədər aktiv olub, lakin sonradan səhifə hesabın artıq "mövcud olmadığını" bildirib.
 

Bu hərəkət aktyorla əlaqəli mənbənin ikisi arasında olan tanışlıq şayiələrini təkzib etməsindən qısa müddət sonra atılıb. Bununla belə, hesab hazırda aktivdir və 260.000-dən çox izləyicisi var.
 

48 yaşlı amerikalı aktyor və 19 yaşlı israilli modelin Los-Ancelesdə əylənərkən görüntülənməsi Di Kaprionun yeni romantikası ilə bağlı söz-söhbətlərə səbəb olub.


"Leo və Eden bir məclisdə bir-birinin yanında oturmuşdular və eyni qrupda idilər... Leonun bir qızla danışması və ya onunla oturması onunla görüşdüyü anlamına gəlmir" -deyə Leonardo DiKaprio özü bu barədə açıqlama verib.

 

Aysel


OXŞAR XƏBƏRLƏR