Azərbaycandan Türkiyəyə bu qədər maddi yardım edilib - Məbləğ açıqlandı/FOTO

Azərbaycandan Türkiyəyə bu qədər maddi yardım edilib - Məbləğ açıqlandı/FOTO

Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycandan Türkiyəyə 6-9 fevral tarixlərində edilən yardımlar açıqlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Humanitar yardım Türkiyəyə 8 təyyarə və 24 yük avtomobili vasitəsilə çatdırılıb.

 

Azərbaycandan Türkiyəyə 855 000 manat maddi yardım edilib.

 

Azərbaycandan Türkiyəyə edilən digər yardımlar aşağıdakı kimidir:

 

Xilasetmə və tibbi personal - 745 nəfər

Mobil səhra hospitalı - 1 ədəd

Çadırlar - 479 ədəd

Səhra mətbəxi - 4 ədəd

Generator - 5 ədəd

Zəruri ləvazimatlar və məhsullar - 14380 ədəd

İsti geyim - 32480 ədəd

Qida məhsulları - 3000 bağlama

Təcili tibbi yardım, yanğınsöndürmə, AFAD və rəsmi axtarış xilasetmə maşınlarının pulsuz yanacaqla təmin edilməsi

Dərmanlar və tibbi ləvazimatlar - 211709 ədəd.

Heydər Əliyev Fondu tərəfindən:

Çadırlar - 60 ədəd

İsti geyim və digər ləvazimatlar - 47 000 ədəd

Dərmanlar və tibbi ləvazimatlar - 400000 ədəd

Bildirilib ki, fiziki şəxslər və digər özəl şirkətlər tərəfindən göndərilən yardımlar əks olunmayıb.

“Hər zaman yanındayıq, Türkiyə”, - deyə Xarici İşlər Nazirliyindən vurğulanıb.

 

Azərbaycandan Türkiyəyə olunan yardımların


OXŞAR XƏBƏRLƏR