Şakira keçmiş qayınanasını köçmək barədə düşünməyə vadar edir - VİDEO

Şakira keçmiş qayınanasını köçmək barədə düşünməyə vadar edir - VİDEO

Futbolçu Jerar Pikenin valideynləri, Joan Pike və Montserrat Bernabeu, müntəzəm olaraq nəhəng şənliklərə ev sahibliyi edən, atəşfəşanlıq edən və qapısının ağzında izdihamlı azarkeş toplayan Şakiranın gərgin həyatı səbəbindən köçməyi düşünür.
 

Sfera.az bildirir ki, Şakiranın məclislərindən təngə gələn Jerar Pikenin valideynləri müğənninin qonşusu olmamaq üçün köçməyi düşünürlər.
 

Bu günlərdə kolumbiyalı müğənni Şakira argentinalı musiqiçi Bizarrap ilə birgə lentə aldığı yeni mahnını təqdim edib. Dörd dəqiqəlik rəqs-pop mahnısında keçmiş əri Pikeni istehza ilə hədəf alan bir neçə misra var. Müğənni kompozisiyanı tam həcmdə yandırır və pərəstişkarları ilə birlikdə mahnı oxumaq üçün eyvana çıxır.
 

Bundan əlavə, son vaxtlar məşhur müğənninin keçmiş ərinin valideynlərinin evi ilə üzbəüz yerləşən evində tez-tez şənliklər keçirilir. Xüsusilə, 22 yanvar Milanın - Şakira və Pikenin ilk oğlunun 10 illik yubileyi şərəfinə bayram qeyd olunub. Bundan bir həftə sonra, yanvarın 29-da kiçik oğlunun 8 yaşı tamam olub.


İş o yerə çatıb ki, Pikenin narazı valideynləri köçmək qərarına gəlib və keçmiş gəlinlərindən uzaq başqa ev axtarmağa başlayıblar. Bununla belə, qərar hələ nəzərdən keçirilir, çünki onlar bilirlər ki, sənətçi dörd aydan sonra uşaqlarla birlikdə Mayamiyə yola düşəcək.
 

Şakira artıq açıq şəkildə bildirib ki, o da keçmiş ərinin valideynlərinin yanında yaşamağı sevmir.
 

Qeyd edək ki, futbolçu ilə qalmaqallı ayrılıqdan sonra Şakira qayınanasının evinə baxan eyvanına dəhşətli cadugər şəklində gəlincik quraşdırıb.


Ayrılıq xəbərindən qısa müddət sonra Pikenin yeni romanı haqqında məlum olub. Onun seçdiyi tələbə Clara Chia Marti idi. Cütlük bir neçə dəfə, o cümlədən ortaq dostların toyunda birlikdə görüntülənib.
 

Aynil


OXŞAR XƏBƏRLƏR