Sanksiyaların nəticəsi: Rusiyanın dövlət büdcədində böyük kəsir yarandı

Sanksiyaların nəticəsi: Rusiyanın dövlət büdcədində böyük kəsir yarandı

2023-cü ilin yanvar ayında Rusiyanın dövlət büdcəsində böyük defisit (vəsait çatışmazlığı) yaranıb. 


Sfera.az “rbc.ru”ya istinadən xəbər verir ki, defisitin məbləği 1,76 trilyon rubl (təxminən 24 milyard dollar) olub. Yanvarda büdcədə böyük kəsirin yaranmasına səbəb neft və qaz gəlirlərinin 46 faiz azalması, eyni zamanda müharibə ilə əlaqədar xərclərin 59 faiz artması ilə bağlıdır. 


2023-cü ilin dövlət büdcəsində neft və qazdan vergi yolu ilə 9 trilyon rubl (123 milyard dollar) və ya hər ay orta hesabla 750 milyard rubl gəlir proqnozlaşdırılır. Yanvarda icra edilən büdcədə neft və qaz sektorundan vergi gəliri isə cəmi 425 milyard rubl olub. 


Rusiyanın neft və qazdan gəlirlərinin kəskin azalması qiymət tavanının tətbiq edilməsi ilə bağlıdır. Qərb ekspertləri hesab edir ki, qarşıdakı aylarda mövcud və yeni tətbiq ediləcək sanksiyalar Rusiyanın iqtisadi, o cümlədən maliyyə vəziyyətini bir qədər də ağırlaşdıracaq. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub.   Sfera.az xəbər verir ki, Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımk...

Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayışda ölənlərlə əlaqədar İrana başsağlığı veri...

Şuşada qəzada xəsarət alanların SON VƏZİYYƏTİAÇIQLANDI ƏƏ

Şuşada baş verən qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb.   Sfera.az xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq verilən məlum...

MM sədri kim olacaq? - İki əsas namizəd

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.   Sfera.az Yenisabah.az-a istinadən xəbər verir ki, qüvvədə olan qa...

Azərbaycan gimnastları Portuqaliyada 4-cü qızıl medalı əldə ediblər

Azərbaycan idmançıları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında 4-cü qızıl medalı aktivinə yazdırıblar. ...

Həddindən artıq qəhvə içmək nələrə səbəb olur?

Araşdırmalara görə, həddindən artıq qəhvə istehlakı beynin xroniki yuxu çatışmazlığından sağalma qabiliyyətinə mənfi təsir göstərə bilər. Kofein yuxululuq hissi...