Vardanyan Qarabağdan qaçdı, Rusiyanın bundan sonrakı planı nədir? - ŞƏRH

Vardanyan Qarabağdan qaçdı, Rusiyanın bundan sonrakı planı nədir? - ŞƏRH

Son günlər separatçı “Dağlıq Qarabağ respublikası”nın “dövlət naziri” erməniəsilli rusiyalı biznesmen Ruben Vardanyanla bağlı müxtəlif ehtimallar səsləndirilir. Bir qism onun Moskvaya qaçdığını geri dönməyəcəyini bildirir, digər qism geri dönərək istefa verəcəyini…

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, ümumiyyətlə, Rusiyanın “Vardanyan planı”  fiaskoya uğrayıb:

 

“Kreml tərəfindən Qarabağa göndərilən, Azərbaycanla erməni icması arasında müəyyən təmasların qarşısını alaraq prosesləri daha da böhrana sürükləyən Vardayanın  "döyüşək" ritorikası sabun köpüyü kimi əridi. O, rus sülhməramlı qüvvələrinin maşınının yük yerində Qarabağdan qaçmalı oldu. Halbuki, Rubenin Xankəndidə missiyası separatizmi inkişaf etdirərək ermənilərin Azərbaycana qarşı geniş kampaniyasını təşkil etmək idi. Onun bu hərəkətliliyi ermənilərin etirazı və Azərbaycanın yumşaq gücdən istifadə edərək onun buradan qaçması ilə nəticələndi. Azərbaycan bununla Moskvanın planın darmadağın etdi”.

 

Siyasi şərhçi Aqşin Kərimov deyib ki, Vardanyanın Moskvaya gedişi barədə məlumatlar həqiqəti əks etdirirsə, bu o deməkdir ki, Azərbaycan və Rusiya Vardanyanla bağlı mübahisəni qapadıb:

 

“Lakin Moskvanın bundan sonrakı planları üçün kimləri ortaya atacağı bəlli deyil. Bu risk qaldığına görə, Bakı Kremllə danışıqları davam etdirəcək. Bundan sonra Azərbaycan faydalı yataqların qeyri-qanuni istismarına qarşı hərəkətini “post-Vardanyan dövrü” üzərində quracaq. Üstəgəl, Bakının Qarabağdakı ermənilərlə təmasındakı maneə aradan qalxmış kimi görünür. Əgər Qarabağdakı ermənilər Moskva ilə Bakı arasında ikili oyun oynamağa davam etsələr və Ermənistan bundan istifadə etsə, Azərbaycanın cavabından barıt qoxusu gələcək. İstənilən halda, Vardanyanın qaçışı 10 Noyabr Bəyanatının müddəalarının reallaşmasını sürətləndirə biləcək tezisləri inkişaf etdirəcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayışda ölənlərlə əlaqədar İrana başsağlığı veri...

Şuşada qəzada xəsarət alanların SON VƏZİYYƏTİAÇIQLANDI ƏƏ

Şuşada baş verən qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb.   Sfera.az xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq verilən məlum...

MM sədri kim olacaq? - İki əsas namizəd

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.   Sfera.az Yenisabah.az-a istinadən xəbər verir ki, qüvvədə olan qa...

Azərbaycan gimnastları Portuqaliyada 4-cü qızıl medalı əldə ediblər

Azərbaycan idmançıları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında 4-cü qızıl medalı aktivinə yazdırıblar. ...

Həddindən artıq qəhvə içmək nələrə səbəb olur?

Araşdırmalara görə, həddindən artıq qəhvə istehlakı beynin xroniki yuxu çatışmazlığından sağalma qabiliyyətinə mənfi təsir göstərə bilər. Kofein yuxululuq hissi...

Yol polisindən piyadalara MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.   İdarədən Sfera.az-a verilən xəbərə görə, müraciətdə deyilir:   "Piyadavurma...