Bakıda külək 3 nəfəri xəstəxanalıq etdi

Cəmiyyət
13:52 / 09.02.2023
17197
“Bakıda müşahidə olunan küləkli hava ilə əlaqədar saat 13:00-a qədər Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müxtəlif dərəcəli xəsarətlərlə 3 nəfər (qadın) müraciət edib”.
Bu barədə Sfera.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Rəsmi məlumata görə, onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.