"Ermənistanı alqışlayırıq, ümid edirik ki, Azərbaycan da..." - Fransa rəsmisi

Fevralın 20-də Fransadan 8 jandarmın daxil olduğu Aİ missiyası Ermənistanda işə başlayacaq.


Sfera.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin fransalı üzvü Natali Loiseau məlumat verib.

 

“Həmin gün Ermənistanda olacağam. Ermənistanın dəstəyini və missiya ilə əməkdaşlığını alqışlayıram”, -  o bildirib.

 

Fransa rəsmisi Azərbaycanın da missiya ilə əməkdaşlıq edəcəyinə ümid etdiyini bildirib.

 

Xatırladaq ki, yanvarın 23-də Aİ ölkələrinin xarici işlər nazirləri Ermənistanda iki illik mandatla yeni mülki missiyanın formalaşdırılmasını təsdiqləyiblər.

 

Əzizə Zeynal
 


OXŞAR XƏBƏRLƏR