Əfv olunan MTN generalının əmlakları özünə qaytarıldı - SİYAHI

Əfv olunan MTN generalının əmlakları özünə qaytarıldı - SİYAHI

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) general-mayoru Sübahir Qurbanovun müsadirə olunan əmlaklarının bir hissəsi geri qaytarılıb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən göndərilmiş təqdimata həmin məhkəmədə baxılaraq qərar qəbul olunub.

 

Hakim İlkin Rəsəbovun sədrliyi ilə keçirilən iclasda Sübahir Qurbanova məxsus iki ədəd mənzil və Masallının Qızılavar kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin sabiq MTN generalına qaytarılması məqbul sayılıb. Onun Novxanıda 1 hektardan çox torpaq sahəsi və üzərindəki tikili, eyni qəsəbədə yerləşən bağ evi, Digah qəsəbəsində yerləşən torpaq sahəsi və yanacaq doldurma məntəqəsi üzərindəki müsadirə qərarı qüvvədə qalıb.

 

Xatırladaq ki, Sübahir Qurbanov MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin rəisi olub. 2015-ci ildə MTN ləğv olunduqdan sonra həbs edilib. O, çoxsaylı sahibkar və ayrı-ayrı şəxslərin MTN-nin inzibati binasına gətizdirib xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum etmək, onlardan külli miqdarda pul vəsaitlərinin əllərindən alınması, barələrində rüsvayedici məlumatlar yaymaqla hədələmə, dövlət büdcəsini israf etmə və s. kimi əməllərdə təqsirli bilinib. Onun bu cinayətlər vasitəsilə ümumilikdə 9 milyon manat pul və qiymətli əşyaları ələ keçirdiyi bildirilir.

 

Qeyd edək ki, sabiq general 14 il həbs cəzası alsa da, 2020-ci ildə əfv olunaraq azadlığa çıxıb.(qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...