Dağıntılar altında neçə gün sağ qalmaq olar? – “Bundan sonra axtarışlar dayandırılır...”

Dağıntılar altında neçə gün sağ qalmaq olar? – “Bundan sonra axtarışlar dayandırılır...”

Birləşmiş Millətlər Təşkilatı axtarış və xilasetmə işlərini adətən fəlakətdən beş-yeddi gün sonra dayandırır. Lakin tarixdə uzun müddət keçməsinə baxmayaraq, dağıntılar altından qurtulan bir çox şəxslər olub.

 

Bəs insanlar dağıntılar altında nə qədər sağ qala bilər?

 

Sfera.az bildirir ki, britaniyalı tədqiqatçıların fikrincə, dağıntılar altında nə qədər qalacağınız zəlzələnin ilk anlarında bəlli olur. Əgər zəlzələyə bir boşluqda yaxalanmısınızsa, nəfəs ala biləcək qədər kənardan oksigen daxil olursa, dağıntılar altında qalma müddətiniz daha uzun ola bilər.

 

Mütəxəssislər qeyd edirlər ki, zəlzələ zamanı xəsarət alanların bəziləri həyatını “əzilmə sindromu” səbəbindən itirirlər: “Bədəni sıxan uçqun parçası çıxarıldıqda əzilmiş qan toxumasında yığılan toksinlər bütün bədənə yayılır və orqanizm bunun öhdəsindən gələ bilmir. Bu vəziyyət böyrəkləri zədələyir və şoka səbəb olur, yaralı çox əziyyət çəkir. Təcili tibbi yardım olmazsa, bu, böyrək çatışmazlığına çevrilə bilər.

 

Ümumiyyətlə, dağıntılar altında iki həftədən çox qalmaq nadir hallarda olur. Hər keçən gün insanın sağ qalmaq ehtimalı azalır. Həmçinin, dar bir yerdə sıxışıb qalmaq istilik və karbon qazının artmasına səbəb olur, zərərçəkən boğularaq ölə bilir”.

 

Xilasetmə işləri ilə məşğul olan şəxslər bildirirlər ki, dağıntılar altında qalan insanlar bəzən huşunu itirir və ya yuxuya gedir: “Buna görə də onlarda saatlarla həyat əlamətləri görünmür. Lakin əməliyyat komandaları heç vaxt işini dayandırmırlar. Bəzən dağıntılar altında qalan şəxsin öldüyünü düşünürsən, amma əksi olur”.

 

Mütəxəssislər deyirlər ki, zəlzələdə xəsarət almamısınızsa, nəfəs ala biləcəyiniz kiçik bir boşluqda ilişib qalmısınızsa, o zaman prioritetiniz bu dəfə sağ qalmaq üçün su tapmaqdır: “Bir insanın su olmadan nə qədər yaşaya biləcəyini təxmin etmək çox çətindir, lakin orta hesabla 3-7 gün demək olar. Susuz nə qədər vaxt idarə edə biləcəyiniz ətraf mühitin istiliyindən, nə qədər tərlədiyinizdən, bağırsaq sisteminizdə pozğunluq olub-olmamasından, ümumi sağlamlıq səviyyənizdən, yaşınızdan asılıdır”.

 

Tədqiqatçılar həmçinin əlavə edirlər ki, dağıntılar altından sağ çıxmaq həm də güclü iradə tələb edir: “Xilasedicilər həmişə deyir ki,  sağ qalanlar böyük iradə nümayiş etdirənlərdir. Bəziləri taleyə təslim olmaq və mübarizədən əl çəkməli olduqlarını düşünür, bəziləri isə sona qədər sağ qalmağa çalışır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayışda ölənlərlə əlaqədar İrana başsağlığı veri...

Şuşada qəzada xəsarət alanların SON VƏZİYYƏTİAÇIQLANDI ƏƏ

Şuşada baş verən qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb.   Sfera.az xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq verilən məlum...

MM sədri kim olacaq? - İki əsas namizəd

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.   Sfera.az Yenisabah.az-a istinadən xəbər verir ki, qüvvədə olan qa...

Azərbaycan gimnastları Portuqaliyada 4-cü qızıl medalı əldə ediblər

Azərbaycan idmançıları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında 4-cü qızıl medalı aktivinə yazdırıblar. ...

Həddindən artıq qəhvə içmək nələrə səbəb olur?

Araşdırmalara görə, həddindən artıq qəhvə istehlakı beynin xroniki yuxu çatışmazlığından sağalma qabiliyyətinə mənfi təsir göstərə bilər. Kofein yuxululuq hissi...

Yol polisindən piyadalara MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.   İdarədən Sfera.az-a verilən xəbərə görə, müraciətdə deyilir:   "Piyadavurma...