İlk təyyarə səfərləri ata-anasız keçdi... - FOTOLAR

Cəmiyyət
11:00 / 09.02.2023
10650
Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən sonra dağıntılar altından çıxarılan kimsəsiz körpələr Ankaraya aparılıb.
Sfera.az xəbər verir ki, 0-1 yaş aralığından olan 16 uşaq Türkiyə Prezidentinin təyyarəsi ilə paytaxta göndərilib.
Körpələr Ankarada xəstəxanaya yerləşdirilib. Onların ümumi vəziyyətinin yaxşı olduğu bildirilir.
Uşaqların bəzilərinin üzərində şəxsiyyətini müəyyən etməyi asanlaşdıracaq məlumatlar qeyd olunub.