Yapon pişiyi Panço İnternetdə kədərli mimikasl ilə məşhurlaşdı - FOTO

Yapon pişiyi Panço İnternetdə kədərli mimikasl ilə məşhurlaşdı - FOTO

Yaponiyanın Maizuru şəhərində yaşayan melanxolik pişik Panço kədərli siması sayəsində sosial medianın yeni ulduzuna çevrilib. Pərəstişkarları artıq öz kumirlərini "dünyanın ən kədərli pişiyi" adlandırıblar.

 

Sfera.az bildirir ki, pişiyin sahibi, fotoqraf Akira Yamaquçinin sözlərinə görə Panço kədərli simasına baxmayaraq, dostu Qabaçço ilə həyatdan zövq alan xoşbəxt pişikdir. Birlikdə yatırlar, oynayırlar, bağda gəzirlər və günəşdə isinirlər.

 

 

Panço 13 ildir ki, sahibi və uşaqları ilə yaşayır. Onu küçədən sahinləniblər. Sahibləri ona yeni ev və bütün sevgisini verib.

 

 

"Hamı Pançonu sevir, Panço da bunun qarşılığında hamını sevir. O, hamı ilə çox yaxşı münasibət qurur. Amma bəzən, çox bərbaddır" - deyən sahibi pişiyin bəzən şəkil çəkdirməkdən imtina etdiyini və smartfonu və ya kamerasını ona yönəldən kimi qaçdığını bildirib.

 

Qeyd edək ki, Panço və onun yoldaşı Qabaççionun İnstaqramda yüz minə yaxın pərəstişkarı var.

 

Xatırladaq ki, İnternetdə ən məşhur pişiklərdən biri Ukraynada Xarkov pişiyi Stepandır. O, kədərli ağız ifadəsi və stolun üstündə “dirsəklə” oturma tərzi ilə də məşhurlaşıb. Britni Spirs pişiyin şəklini təkrar yayımladıqdan sonra onun populyarlığı artıb.

 

13 yaşlı Stepanı hətta İtalyan markası “Valentino” da öz reklam çarxında çəkib.

 

Ukraynada müharibə başlayanda Stepan Monakoya baş çəkməyi və Stefaniya adlı bir qız yoldaşı almağı da bacarıb.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR