Bu gün 200-dən çox Azərbaycan vətəndaşı Türkiyədən təxliyə olunacaq

Cəmiyyət
21:04 / 08.02.2023
19037
“Artıq bir neçə avtobusumuz Gürcüstan sərhədini keçib”.
Sfera.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.
Səfir bildirib ki, təxliyə olan vətəndaşlarımız qida ilə təmin olunur:
“Gürcüstanda da onlara yemək verilir. Bu gün də 200-dən çox vətəndaşın təxliyə olunacağını ehtimal edirik. Hər gün bir gün öncəki məlumatların əsasında avtobusların sayı müəyyənləşdirilir”.