Elza səhnəyə elə vəziyyətdə çıxdı ki ... - FOTOLAR

Elza səhnəyə elə vəziyyətdə çıxdı ki ... - FOTOLAR
Əməkdar artist Elza Seyidcahan "Mən küləyin gəliniyəm" adlı konsert proqramı ilə çıxış edib. 

Konsertin aparıcısı qonaqları salamladıqdan sonra əməkdar artist Hüsniyyə Mürvətova səhnəyə ağ gəlinliyi xatırladan libasla çıxıb və "Mən küləyin gəliniyəm" adlı şeiri səsləndirib. Daha sonra söz əməkdar artist Elza Seyidcahana verilib. O, "Ağ çiçəyim" mahnısı ilə konserti açıq elan edib və ard-arda sevilən mahnılarını ifa edib.

Multikulturalizmə həsr olunan gecədə azyaşlı modellər də səhnəyə çıxaraq qeyri-adi libaslarını nümayiş etdiriblər.

Əməkdar artist bildirib ki, uzun müddətdir, sözügedən layihəyə hazırlaşır: "Bu il multikulturalizm ili elan olunub. Biz də təbiətdə var olan gözəlliklərdən ilham alaraq yaradıcılıq işləri görürük. Bu gün gənc, həvəskar modelyerlərin geyimləri nümayiş olunacaq. Mən də öz dəstəyimi onlardan əsirgəməyəcəyəm. Mərasim üçün çiçəklərdən ibarət, fərqli geyim hazırlanmışdı. Xarab olmaması üçün soyuducuya qoymuşduq. Soyuducu xarab olduğu üçün libasım zay oldu. Lakin saçıma taxacağım gül çələngi qalıb. bu gün onunla səhnəyə çıxacağam. Son vaxtlar fərqli papaqlara və saç aksessuarlarına üstünlük verirəm. Papaqlarımın həcmi günü- gündən böyüyür. Fransada tarixən zəngin ailələrdə kişilərin papaqlarının böyüklüyü işlərinin dəyərindən xəbər verirdi. Papaq qədim zamandan bizim kişilər üçün vacib olub. Mən də istəyirəm, papağın, saqqalın dəyərini indiki gənclər yaxşı bilsin".

İfaçı yazdığı şeirlərin tənqid olunmasına da münasibət bildirib: "Uşaqlıqdan şeir yazıram. Bəziləri elə bilir ki, bunu gündəmdə qalmaq, qeyri-adilik yaratmaq üçün edirəm. Bu, belə deyil. Yaradıcılığımı duyanlar mənim şeirimi anlayır. Bir dəfə yol ilə gedirdim, bir qadın yaxınlaşdı ki, sizin "Əşyalar" şeiriniz məni ağladır. O sözdən sonra hönkür-hönkür ağladım. O gündən əşyalarımın qədrini bilirəm. Bəzi şair və şairəciklər mənim şeirlərimə başqa rəng qatır. Mən onların fikirlərinə əhəmiyyət vermirəm. Bacardığım qədər şeir yazmağa davam edəcəyəm".

Qeyd edək ki, gecədə rəssam Ömər Eldarov, xalq artisti Məleykə Əsədova, əməkdar artist Hüsniyyə Mürvətova, müğənni Elton Hüseynəliyev, prodüser Toma, stilist Samir Əliyev iştirak edib./musavat/

Elza səhnədə başında gül çələngi ilə - FOTOLAR 
 

Elza səhnədə başında gül çələngi ilə - FOTOLAR
Elza səhnədə başında gül çələngi ilə - FOTOLAR
Elza səhnədə başında gül çələngi ilə - FOTOLAR
Elza səhnədə başında gül çələngi ilə - FOTOLAR


OXŞAR XƏBƏRLƏR

“Kokain viskidən pis deyil": Kolumbiya prezidentindən şok bəyanat

Kolumbiya prezidenti Qustavo Petro kokainin leqallaşdırılması məsələsi ilə bağlı debat açıb.    Sfera.az bildirir ki, Qustavo Petro ölkəsində qa...

“Netflix” transseksual aktrisa dan imtina etd - TƏFƏRRÜATLAR

İslamofob və irqçi mesajlar yayan ispan transseksual aktrisa Karla Sofia Qaskonun silinmiş tvitləri ətrafında mübahisələr getdikcə genişlənir.    ...

Bred Pitt Ancelina Coli ilə barışmağa çalışır: Məqsədi nədir?

Hollivud aktyoru Bred Pitt Ancelina Colidən münasibətlərini yaxşılaşdırmasını istəyib. Sfera.az bildirir ki, illərlə ictimai, qalmaqallı boşanmadan sonra məş...

Hindistanda fil turisti öldürdü

Hindistanın Anamalai Pələng Qoruğunda (Tamil Nadu ştatı) vəhşi fil Almaniyadan gələn 77 yaşlı turistə hücum edərək onu öldürüb.   Sfera.az bildirir ki,...

Bütün qızılları mağazadan çıxarmaq üçün üç gün havalandırma şaxtasında yaşadı - FOTO

Türkiyənin Adana şəhərindəki ticarət mərkəzindən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. O, 3 gün havalandırma şaxtasında polisdən gizlənib və sonda ...

Türkiyədə sərnişin avtobusu aşdı- Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfə...