Məşhurlar qırmızı geyimdə - Kim daha cazibədar görünür? + FOTOLAR

Məşhurlar qırmızı geyimdə - Kim daha cazibədar görünür? + FOTOLAR

Qırmızı - görkəmli və fərqli görünən sevgi, emosiya, istilik və qəzəbin rəngidir. Yəqin ki, qırmızı paltar geyindiyiniz zaman diqqət mərkəzində olduğunuzun şahidi olmusunuz.  Bir çox məşhurlar da zərif qırmızı geyimdə tədbirlərə qatılır - bəziləri onu dəblə daşıya bilsə də, bəziləri üçün bu, ən pis geyim tərzi hesab olunur.

 

Sfera.az tanınmışların geyindiyi,  sevilən “ən yaxşı qırmızı paltarlar”la bağlı məlumatı təqdim edir. 

 

Məlumdur ki, hər il məşhur simaların qırmızı xalçada göründüyü və möhtəşəm dəbi nümayiş etdirdiyi onlarla hadisə baş verir. Məsələn, Nyu-York , Milan , Paris Moda Həftəsi kimi tədbirlər buna daxildir.

 

Bəs bu tədbirlərdə ən dəbli qırmızı libası hansı məşhur geyinib? 

 

Selena Qomez – O,  amerikalı müğənni və bəstəkardır, karyerasına televiziya şousunda aktyorluq etməklə başlayıb, lakin sonradan ifaçılıqla şöhrət qazanıb. Selenanın dünyada böyük bir pərəstişkar kütləsi var. Müğənni 2022-ci ilin martında “Critics Award Show”a  qırmızı “Louis Vuitton” markalı  paltarı ilə gəlib. Geyimdə cazibədar görünən Selena paltarı almaz qolbaq, minimal zinət əşyaları, sadə makiyajla tamamlayıb.

 

Bella Hadid  - O, amerikalı modeldir, ən nüfuzlu moda jurnalları və dizaynerləri ilə işləyib. Qısa müddət ərzində Bella bu sahədə tanına bilib. Onun zövqü həmişə moda tənqidçiləri tərəfindən sevilib. Məşhur sima 2019-cu ildə Kannda festivala qırmızı rəngli geyimdə çıxıb. “Roberto Cavalli” markalı don geyinən Hadid bütün nəzərləri özünə çəkib. Paltar asimmetrik dekolteli, buda qədər yarıqlı və arxası açıq idi. Model görünüşünü “Bulgari” istehsalı olan brilyant sırğa və “Brian Atwood” tərəfindən hazırlanmış zərif səndəllərlə tamamlayıb.

 

Rihanna - Hamı onun ifaları, üslubu və makiyaj stilinin pərəstişkarıdır. O, 2013-cü il “Grammy” mükafat gecəsində  şifon, ön hissəsi arxaya qədər uzanan mükəmməl qırmızı paltarda görünüb. Paltar “Azzedine Alaia” tərəfindən hazırlanıb. 

 

Gigi Hadid – Yeni modanın tanınmış simalarındandır.  Hadid 2015-ci ildə “Met Gala”ya  “V” dekolteli atlaz  krujeva paltarında gəlib. O, qırmızı xalçada heyrətamiz və seksual görünürdü. Paltar belçikalı modelyer “DVF” tərəfindən hazırlanıb.  Burada Gigi həmçinin, sadə makiyaj, sırğalar, açıq saç, qırmızı rəngli hündürdaban ayaqqabı ilə görüntünlənib.

 

Ketlin Diver -  amerikalı aktrisadır. O, bu yaxınlarda “Emmy” mükafatları gecəsində iştirak edib. Parlaq qırmızı paltar geyinən aktrisa heyrətamiz görüntüyə sahib olub. Uzun yarığı olan paltar bununla da daha zərif görünüb. Aktrisa geyimini “Jimmy Choo” markalı ayaqqabısı ilə tamamlayıb. Paltar “Naeem Khan”a məxsusdur.

 


Türkan


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...