Məşhur aktrisa zəlzələdən yazdı: "Ailəmlə dağıntılar altından çıxdığımız..." - FOTO

Maqazin
15:45 / 08.02.2023
8580
1999-cu il zəlzələsindən sağ çıxan aktrisa Gizem Güven yaşadıqlarını izləyiciləri ilə bölüşüb.
Sfera.az bildirir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Aktrisa illər əvvəl başlarına gələn faciə haqqında bunları yazıb:
“Gölcükdəki evimiz uçmuşdu. Ailəmlə dağıntılar altından çıxdığımız o fəlakətli gündə mənim cəmi 5 yaşım var idi... Həmin günü unutmaq mümkün deyil. Və bu qədər ildən sonra ürəyimiz zəlzələ bölgəsində daha böyük bir fəlakətlə döyünür. Eyni ağrı, eyni çarəsizlik, eyni bitməyən ümidlə…”.
Xatırladaq ki, 1999-cu il avqustun 17-də mərkəzi Kocaeli vilayətinin Gölcük rayonu olmaqla, Türkiyənin Marmara bölgəsində 7.4 bal gücündə zəlzələ baş vermişdi.
Türkan