Bakıda yeyib-içməyə ən çox pul bu rayonda xərclənib - STATİSTİKA

Bakıda yeyib-içməyə ən çox pul bu rayonda xərclənib - STATİSTİKA

2022-ci ildə paytaxtın ictimai iaşə obyektlərində (restoran, kafe, bar, yeməkxanalar və s.) 1,097 milyard manat pul xərclənib. 


Sfera.az xəbər verir ki, bu məbləğ 2021-ci illə müqayisədə 44,2 faiz çoxdur.


İaşə obyektlərində xərclənən pulun çox hissəsi ilin son rübünə təsadüf edib. 2022-ci ilin oktyabr, noyabr və dekabr ayları ərzində 389 milyon manat xərclənib. 


Əhali Bakı şəhərinin daha çox Səbail rayonunda yeyib-içib. Bu rayonda il ərzində 377 milyon manat xərclənib. Səbail rayonundan başqa ən çox pul xərclənən rayonlar Nərimanov (180 milyon manat), Nəsimi (94 milyon manat), Yasamal (93,4 milyon manat) olub.


İaşə obyektlərində ən az pul isə Pirallahıda (5,5 milyon manat), Sabunçuda (15,5 milyon manat), Suraxanıda (21 milyon manat) xərclənib. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR