“Azərbaycan peyklərinin ömrü sona yaxınlaşır” – Osman Gündüz

“Azərbaycan peyklərinin ömrü sona yaxınlaşır” – Osman Gündüz

Azərbaycanın ən bahalı peykinin kosmosa buraxılmasından 10 il ötür. Hazırda göydə 3 peykimiz var və onlardan ən bahalısı “Azerspace-1” peykidir.

 

Sfera.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüzün məlumatına görə, “Azerspace-1” peyki 15 il xidmət göstərəcək. Yəni, bundan sonra daha 5 il adıçəkilən peykin xidmətlərindən istifadə edəcəyik.


“Azerspace-1” peykinin hazırlanması və orbitə qaldırılmasına 233 milyon dollar xərcləndiyini deyən O.Gündüz bunun 15% -nin büdcə vəsaiti olduğunu xatırladıb.


O.Gündüz qeyd edib ki, Azərbaycanın sahib olduğu peyklərin istifadə müddəti tədricən sona yaxınlaşır:

“Gələn il Azərbaycanın “AzerSky1” müşahidə peykinin ömrü başa çatmalıdır. Dünyanın kosmos bazarında da situasiya kəskin dəyişib. Rəqabət güclənib, peyk texnologiyaları tam yenilənib, çoxsaylı, kiçik ölçülü peykləri kosmosa göndərən xeyli yeni peyk şirkətləri yaranıb.


“Azərkosmos” artıq peyklərimizdən birini hazırlayan Fransa şirkəti ilə, onu orbitə qaldıran Hindistan şirkəti ilə əməkdaşlığı dayandırıb.


“Azərkosmos” hələlik peyklərimizin yenilənməsi ilə bağlı, yeni peyklərin hazırlanmsı və orbitə qaldıracaq şirkətlərlə bağlı, bu sahədə konkret hansı ölkə ilə əməkdaşlıq ediləcəyi haqqında açıqlamalar verməyib.


“Azərkosmos”un rəhbəri Saməddin Əsədov peyk bazarında ən sərfəli şərtlərin İlon Maskın SpaceX şirkətinə mənsub olduğunu da açıqlayıb.


Beləliklə, milli peyk operatorumuzu qarşıda çətin seçimlər və ciddi işlər gözləyir”.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...