Sabiq nazir Türkiyədəki zəlzələdən DANIŞDI:  “Nüvə bombasının gücünə bərabər partlayış..”

Sabiq nazir Türkiyədəki zəlzələdən DANIŞDI:  “Nüvə bombasının gücünə bərabər partlayış..”

“Türkiyədə zəlzələ bölgəsindəki dağıntıların görüntülərindən yaranan emosional sarsıntıya görə çoxları sui-qəsd nəzəriyyələrinə və əsassız ittihamlara qapıldılar”.

 

Sfera.az bildirir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov  deyib.

 

O, fikirlərini bu cür davam etdirib:

 

“Bəşəriyyət 17 kilometr dərinlikdə yüzlərlə nüvə bombasının gücünə bərabər partlayış təşkil edə biləcək texnologiyaya malik deyil. Nəinki episentrdəki müasir evlər, hətta təxminən 2 min il əvvəl tikilmiş Roma qalası belə fəlakətin təsirinə tab gətirə bilmədi”.

 

T.Zülfüqarovun sözlərinə görə, insanlar öz qüdrətlərinə o qədər inanırlar ki, reallığı qəbul etməkdən imtina edirlər.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR