Bakıda sənaye istehsalı azaldı – SƏBƏB

Bakıda sənaye istehsalı azaldı – SƏBƏB

Ötən il Bakıda sənaye istehsalında azalma müşahidə edilib. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ildə 75,2 milyard manatlıq məhsul istehsal olunub. İstehsal olunan məhsulun həcmi əvvəlki illə müqayisədə 0,9 faiz azdır.


İstehsalın azalması neft hasilatının azalması ilə bağlıdır. 2022-ci ildə neft hasilatı 5,6 faiz azalıb ki, bu da ümumən sənaye istehsalına mənfi təsir edib. 


Bakıda sənaye istehsalının böyük hissəsini neft və qaz hasilatı təşkil edir. Sənaye məhsulunun 85,2 faizi mədənçıxarma sektorunda, 12,8 faizi emal sektorunda, 1,5 faizi elektrik enerjisi, qaz və buxar  istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.


Vasif


OXŞAR XƏBƏRLƏR