“Son 3 gündə...” - Respublika Seysmoloji Mərkəzindən MÜHÜM AÇIQLAMA

Cəmiyyət
12:29 / 08.02.2023
6802
“Son günlər qardaş ölkədə baş verən zəlzələ ilə bağlı sosial şəbəkələrdə seysmologiya sahəsindən xəbəri belə olmayan insanlar çıxıb "proqnozlar" verirlər”.
Sfera.az bildirir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
O qeyd edib ki, bir çox insanlar həmin "ekspertlər"in dediklərinin təsiri altına düşüb qorxu, təşviş keçirirlər:
“Son 3 gündə bizə bununla bağlı onlarla vətəndaşımız müraciət edib. Mediada RSXM rəhbərliyi və əməkdaşlarımız tərəfindən kifayət qədər açıqlamalar verilir . Vətəndaşlarımızdan xahiş edirik ki, sosial şəbəkələrdəki "ekspertləri" deyil, yerli mediamızı izləyin. Rəsmi açıqlamalara istinad edin”.
Türkan