Zəlzələyə görə Türkiyədəki seçkilər təxirə salınacaq? - ŞƏRH

Zəlzələyə görə Türkiyədəki seçkilər təxirə salınacaq? - ŞƏRH

Türkiyədə baş verən zəlzələ fonunda əsas müzakirə obyektlərindən biri də seçkilərlə bağlıdır. Artıq bu istiqamətdə müxtəlif versiyalar, ehtimallar irəli sürülür. Əsas qeyd edilən məsələlərdən biri də seçkilərin təxirə salınması olub.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, hazırda bütün dünya diqqətini bu torpaqda baş verən zəlzələyə yönəldib:

 

“Bəşəriyyət tarixinin ən böyük faciəsini yaşayır, bütün qüvvələr dağıntılar altında qalmış insanların xilas edilməsinə yönəlib. Bu faciə Türkiyə və türk xalqlarının tarixində həmişə acı xatirə kimi yada salınacaq. Düşünürəm ki, bu hadisə fonunda may ayına təyin olunmuş prezident və parlament seçkiləri yada düşmür. Amma istənilən halda, hər keçən gün Türkiyə Respublikasını onun üçün əhəmiyyətli olan bu tarixə də yaxınlaşdırır. Siyasi dairələri bu faciə ilə əlaqədar seçkilərin təxirə salına biləcəyi barədə proqnozlar irəli sürürlər. Lakin hakimiyyət dairələrindən hələ açıqlama gəlməyib. Amma böyük ehtimalla zəlzələnin vurduğu şokdan ayılandan sonra bu barədə qərar qəbul edilə bilər”.

 

Müsahibimiz deyib ki, may ayının 14-nə nəzərdə tutulmuş seçkilərin təxirə salınması barədə hər hansı bir addımın atılacağını düşünmür:

 

“Təxirə salmaq siyasi prosesləri bir qədər də qarışdıra bilər. İndi Türkiyədə bütün qüvvələr hakimiyyət ətrafında birləşib zəlzələnin nəticələrini aradan qaldırmağa səy göstərməlidir. Seçkilər də bu istiqamətdə mühüm tədbir olardı”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR