Ötən il nə qədər azərbaycanlı Rusiya vətəndaşlığına qəbul edilib? – STATİSTİKA

Ötən il nə qədər azərbaycanlı Rusiya vətəndaşlığına qəbul edilib? – STATİSTİKA

Ötən il Rusiya vətəndaşlığından imtina edənlərin sayı artaraq 2019-cu ilin rəqəmlərinə yaxınlaşıb. Eyni zamanda, ilk dəfə olaraq Rusiya vətəndaşlığını qəbul edənlərin sayında da azalma qeydə alınıb. 


Sfera.az “rbc.ru”ya istinadən xəbər verir ki, 2022-ci ildə 4306 nəfər Rusiya vətəndaşlığından imtina edib. 2022-ci ildə Rusiya vətəndaşlığından çıxanların sayı son üç ildə ən yüksək göstəricidir. 2020-ci ildə 3877 nəfər, 2021-ci ildə 4055 nəfər, 2019-cu ildə 4356 nəfər vətəndaşlıqdan çıxmışdı. 


Rusiya vətəndaşlığından imtina edənlərin demək olar ki, hamısı xaricdə məskunlaşmış şəxslərdir. Rusiya daxilində yaşayan insanlardan cəmi 40 nəfər vətəndaşlıqdan imtina edib. 


Rusiya vətəndaşlığını alanların sayı isə daha çoxdur. Bununla belə, ötən il vətəndaşlıq alanların sayı 6,4% azalaraq 691 min nəfərdən bir qədər çox olub. 2021-ci ildə 735 mindən çox insana vətəndaşlıq verilmişdi. 


Ümumilikdə, son illərdə Rusiya dövləti daha çox insana vətəndaşlıq verməyə başlayıb. Məsələn, 2018-ci ildə təxminən 269 min nəfər, 2019-cu ildə 498 min nəfər vətəndaşlıq aldığı halda, 2020-ci ildə 656 min nəfərə vətəndaşlıq verilib. 


Rusiya vətəndaşlığını ən çox Ukrayna vətəndaşları alıb. Ötən il 297 min ukraynalı Rusiya vətəndaşı olub. İkinci yerdə 174 minlə Tacikistan, ardınca 45 minlə Ermənistan gəlir. Qazaxıstanın 42 min, Özbəkistanın 27 min, Azərbaycanın 23 min vətəndaşı Rusiya vətəndaşlığını alıb.


Vasif


OXŞAR XƏBƏRLƏR

Sabah Bakıda 25 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.     Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən...

Dövlət büdcəsinə 14 milyard manat pul toplanıb - Bu, proqnozdan çoxdur

2025-ci ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinin gəlirləri 13,965 milyard manat olub. Bu, 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6% çoxdur. ...

Bakıda havanın temperaturu 25 dərəcəyə yüksələcək

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətində...

Bakıda avtomobil qiymətinə telefon satışa çıxarıldı - FOTO

Bakıda "Vertu" markalı mobil telefon fantastik qiymətə satışa çıxarılıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumat yerli elan saytl...

Avropa Rusiyadan qaz idxalını tam dayandıracaq - Tarix açıqlandı

Avropa İttifaqı (Aİ) 2025-ci ilin iyun ayında Rusiyadan qaz idxalını tam qadağan edən qanun layihəsi təklif etməyi planlaşdırır. Qanun layihəsi ən geci 202...

Bakıda 17 təhsil müəssisəsi yaxşı məktəblərin sırasındadır

Bu il respublika üzrə yaxşı məktəblərin sırasına şəhərin 17 təhsil müəssisəsi daxil olub.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məl...