“Vardanyan Moskvadan qayıdan kimi istefa verəcək” -  “Hraparak” nəşri

“Vardanyan Moskvadan qayıdan kimi istefa verəcək” -  “Hraparak” nəşri

Separatçı “Dağlıq Qarabağ respublikası”nın “dövlət naziri” erməniəsilli rusiyalı biznesmen Ruben Vardanyan istefa verə bilər.

 

Sfera.az bildirir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb. Qeyd olunub ki, hazırda Moskvada olan Rubenin qayıdandan sonra bu qərarını elan edəcəyi gözlənilir.

 

“Mənbəmizdən aldığımız məlumata görə, Araik Arutyunyanın Moskvada kifayət qədər yüksək səviyyəli görüşləri olub. İrəvanda Vladimir Putinlə görüşdən sonra Kremldə ona daha çox güvəniblər. Arutyunyana demək olar ki, birbaşa mətnlə belə deyiblər: “Əgər Vardanyan müdaxilə edirsə, onu işdən çıxarın. Ruben Vardanyanı ora biz təyin etməmişik””, - deyə nəşr bildirib.

 

 

Ermənistan mediası həmçinin vurğulayıb ki, Arutyunyanın tərəfdarları onun Moskvadan kifayət qədər yüksək əhval-ruhiyyədə qayıtdığını deyiblər: “İndi Vardanyan Moskvada ona qarşı münasibətə aydınlıq gətirir. Ola bilsin ki, qayıdandan sonra vəziyyəti sakitləşdirmək üçün könüllü istefa versin”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR