Kadırov Rusiya-Ukrayna müharibəsinin bitəcəyi tarixi açıqladı

Kadırov Rusiya-Ukrayna müharibəsinin bitəcəyi tarixi açıqladı

Çeçenistan Prezidenti Ramzan Kadırov Ukrayna savaşının bitəcəyi tarixi açıqlayıb.

 

Sfera.az bildirir ki, o, bu barədə Çeçenistan Respublikasının xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayevə müsahibəsində deyib.

 

Kadırov bildirib ki, müharibə 2023-cü ilin sonuna qədər başa çatacaq.  “İlin sonuna kimi xüsusi hərbi əməliyyat başa çatacaq. Avropa dövlətləri öz hərəkətlərinin yanlışlığını dərk edəcək, Qərb diz çökəcək”, deyə çeçen lider əlavə edib.

 

Onun fikrincə, Avropa ölkələri Rusiya ilə bütün sahələrdə əməkdaşlıq etməli olacaqlar: “Onların başqa seçimi yoxdur”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR