34 yaşlı universitet müəllimi qəfil öldü - FOTO

Cəmiyyət
10:07 / 08.02.2023
9411
Bakı Ali Neft Məktəbinin gənc müəllimi Türkan Haqverdi bu gün səhər saatlarında vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə universitetin rektoru Elmar Qasımov sosial şəbəkə hesabında yazıb.
O, müəllimin qəfil ölümü ilə bağlı başsağlığı verib: “Qardaş Türkiyədəki faciəni yaşadığımız anlarda, BANM ailəsi səhər saatlarında qəfil və vaxtsız itki ilə üzləşib. Sevimli, daim gülərüz, istedadlı, gənc müəlliməmiz Türkan xanım Haqverdini itirdik. Qəfil ölüm tələbələrimizin sevimli müəlliməsini, BANM ailəsinin qayğıkeş üzvünü aramızdan apardı”.
Universitetdən bildirilib ki, T. Haqverdi 34 yaşında idi.