Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə işıqlandırılır - VİDEO

Cəmiyyət
21:52 / 07.02.2023
39283
Bu gündən etibarən Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Heydər Əliyev Mərkəzinin binası Türkiyə bayrağı ilə işıqlandırılır.
Sfera.az xəbər verir ki, Azərbaycan və Türkiyə xalqları arasındakı dostluğu, qardaşlığı və birliyi nümayiş etdirən videoproyeksiya bir neçə gün davam edəcəkdir.