Türkiyə heç-heçə etdi

Türkiyə heç-heçə etdi

DÇ-2018-in seçmə mərhələsinin UEFA zonasında növbəti görüşlərə start verilib. ilk oyun günündə D, G və İ qruplarında matçlar oynanılıb.
 
AÇ-2016-da yarımfinala qədər irəliləyən Uels millisi Avstriyanın qonağı olub. Görüş bərabərliklə yekunlaşıb. Serbiya Moldovanı, İrlandiya isə Gürcüstanı xalsız qoyub.
 
Günün, eləcə də həftənin ən maraqlı qarşılaşması Turində baş tutub. Belə ki, G qrupunda mübarizə aparan 2012-ci ilin qitə çempionatının finalçıları İtaliya və İspaniya yığmaları yenidən üz-üzə gəliblər. Matçda qalib müəyyənləşməyib - 1:1. Qrupun digər görüşlərində isə Albaniya Lixtenşteyni, İsrail Makedoniyanı məğlub edib.
 
Türkiyə yığması da seçmə mərhələnin II turundakı oyununa çıxıb. İlk görüşdə səfərdə Xorvatiyadan 1 xal alan "ay-ulduzlular” bu dəfə öz meydanlarında Ukrayna ilə eyni nəticyə razılaşıb - 2:2. Xorvatiya isə səfərdə Kosovonun daşını daş üstə qoymayıb - 6:0. Qrupun digər qarşılaşmasında İslandiya əzmkarlıq hesabına Finlandiyanı əliboş yolasalıb - 3:2.
 
DÇ-2018-in seçmə mərhələsi
UEFA zonası
 
D qrupu
II tur, 6 oktyabr
 
İrlandiya – Gürcüstan - 1:0
Qol: Koleman, 56
 
Moldova – Serbiya - 0:3
Qollar: Kostiç, 19, İvanoviç, 37, Tadiç, 30
 
Avstriya – Uels - 2:2
Qollar: Arnautoviç, 28, 48 - Allen, 23, Vimmer, 45+1 (öz qapısına)
 
1.Uels21106:24
2.Serbiya21105:24
3.Avstriya21104:34
4.İrlandiya21103:24
5.Gürcüstan20021:30
6.Moldova20020:70
 
 
G qrupu
II tur, 6 oktyabr
 
İtaliya – İspaniya - 1:1
Qol: De Rossi, 82 (pen.) - Vitolo, 55
 
Lixtenşteyn - Albaniya - 0:2
Qol: Yehle, 12, Balay, 71
 
Makedoniya – İsrail - 0:2
Qollar: Hemed, 25, Ben Haim, 43
 
1.Albaniya22004:16
2.İspaniya21109:14
3.İtaliya21104:24
4.İsrail21013:43
5.Makedoniya20022:40
6.Lixteynşteyn20020:100
 
 
I qrupu
II tur, 6 oktyabr
 
Türkiyə - Ukrayna - 2:2
Qollar: Ozan Tufan, 45, Hakan Çalhanoğlu, 81 (pen.) - Yarmolenko, 24 (pen.), Kravets, 28
 
İslandiya – Finlandiya - 3:2
Qollar: Arnason, 37, Finboqasson, 90, Siqurdsson, 90+6 - Pukki, 21, Lod, 39
 
Kosovo – Xorvatiya - 0:6
Qollar: Mancukiç, 6, 24, 35, Mitroviç, 68, Perişiç, 83, Kaliniç, 90+2
 
1.Xorvatiya21107:14
2.İslandiya21104:34
3.Türkiyə20203:32
4.Ukrayna20203:32
5.Finlandiya20113:41
6.Kosova20111:71


OXŞAR XƏBƏRLƏR