Xilasedicilərimiz dağıntılar altından 36 saatdan sonra yaşlı kişini sağ çıxardı

Xilasedicilərimiz dağıntılar altından 36 saatdan sonra yaşlı kişini sağ çıxardı

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

 

Sfera.az report-a istinadən xəbər verir ki, Azərbaycanın xilasediciləri 36 saatdan sonra 8 mərtəbəli binanın dağıntıları altından yaşlı kişini sağ çıxarıb.

 

Daha sonra həmin şəxs aidiyyəti üzrə təhvil verilib.

 

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.


OXŞAR XƏBƏRLƏR