Türkiyədəki zəlzələ ilə bağlı Azərbaycanda həkimlərdən ibarət heyət formalaşdırıldı

Cəmiyyət
17:01 / 07.02.2023
16502
Türkiyə Respublikasının müxtəlif bölgələrində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyində peşəkar həkimlərdən ibarət heyət formalaşdırılıb.
Bu barədə Sfera.az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib.
Qeyd olunub ki, ehtiyac yarandığı təqdirdə heyət zərərçəkmişlərin müalicəsinə cəlb olunacaq.
Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.