Bu ərzaqların qiyməti UCUZLAŞDI

Bu ərzaqların qiyməti UCUZLAŞDI

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə, qlobal ərzaq qiymətləri ardıcıl 10-cu ay azalıb. 


Sfera.az xəbər verir ki, pandemiyadan sonra artan tədarük problemləri ilə yüksələn ərzaq qiymətləri, Rusiya-Ukrayna müharibəsinin təsiri ilə 2022-ci ilin martında tarixi maksimuma çatıb. Sonrakı aylarda isə qlobal ərzaq qiymətləri enişə keçib və bu eniş hələ də davam edir. 


Yanvarda qlobal ərzaq qiymətləri 0,8% azalıb. Ucuzlaşma əsasən yağlarda qeydə alınıb. Son bir ayda günəbaxan yağı istehsalının artması ilə əlaqədar bitki yağının qiyməti 2,9% azalıb.


Süd və süd məhsullarının da qiyməti enib. Şəkərin qiymətində isə 1,1 faiz azalma baş verib. 


Ümumilikdə ötən ilin martından bəri qlobal ərzaq qiymətləri 17,9% azalıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR