Ceyhana neft nəqli bərpa edildi

Ceyhana neft nəqli bərpa edildi

Ceyhan limanına neft nəqli bu gün bərpa edilib. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, zəlzələdən sonra Ceyhan Terminalına dayandırılan neft nəqli bu gün yenidən bərpa olunub.


Xatırladaq ki, terminala neft nəqli 2 gün əvvəl təhlükəsizlik məqsədilə dayandırılmışdı. 


Ceyhan limanı Azərbaycan üçün önəmlidir. Bu limanda olan terminallara Bakı-Tiflis-Ceyhan ixrac kəməri ilə Azərbaycan nefti daşınır.  


Terminal əsasən Azərbaycan və İraq neftinin ixracı üçün fəaliyyət göstərir. Yanvar ayına olan məlumata əsasən, hər gün terminaldan 1 milyon bareldən çox neft ixrac edilib. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR