Arutyunyan və Vardanyan Moskvada – Nə baş verir?

Arutyunyan və Vardanyan Moskvada – Nə baş verir?

Separatçı rejimin rəhbəri Araik Arutyunyan təxminən 10 gün əvvəl Rusiyaya gedib.

 

Sfera.az bildirir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb. Qeyd olunub ki, Araik rəsmi səviyyədə müxtəlif görüşlər keçirmək və Rusiyanın qondarma rejimlə bağlı mövqeyini aydınlaşdırmaq məqsədi güdüb. O, 3-4 gün əvvəl Qarabağa qayıdıb.

 

Nəşrin məlumatına görə, onun ardınca Qarabağ separatçılarının “dövlət naziri” elan edilən Ruben Vardanyan da Moskvaya gedib.

 

“Bu günlərdə o, hələ də Moskvadadır. Görünür, onu da daxili siyasi problemləri müzakirə etmək və vəziyyətin həllini tapmaq üçün dəvət ediblər”, deyə“Hraparak”  qeyd edib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR