Deputat Türkiyə göndərilən vəsaitlərdən faiz tutan bankları TƏNQİD ETDİ

Deputat Türkiyə göndərilən vəsaitlərdən faiz tutan bankları TƏNQİD ETDİ

Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım məqsədilə vətəndaşlarımız bank kartları ilə pul köçürmələri edirlər. Lakin işin mənfi tərəfi ondadır ki, AFAD-ın hesabına köçürmələr zamanı 18 faiz kommissiya haqqı tutulur. Beləliklə qarşı tərəfə daha çox pul köçürmək imkanı azalır.

 

Lakin ölkədə mövcud vəziyyəti nəzərə alaraq daha çox yardım etmək məqsədilə bu faiz dərəcəsini ləğv edən bank xidməti də mövcuddur.

 

Maraqlıdır, digər banklar da bu təşəbbüsə qoşula bilərmi?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Rüfət Quliyev bankların yardım məsələsində qazanca hədəflənməməli olduğunu deyib:

 

"Faiz dərəcəsini ləğv edərək, öz köməklərini bu şəkildə göstərən banklar daha humanistdirlər, insanpərvərdirlər. Onların bu addımı alqışlanır. Əfsuslar olsun ki, ianə məsələsində, hətta həyatı risk altında olan insanlara kömək məsələsində də qazanmaq istəyirlər. Dünyasını dəyişən insanların üzərindən qazanmaq olmaz. Biz cəmiyyət olaraq Türkiyəyə yardım göstərilməsində aktiv olmalıyıq.

 

Sıravi vətəndaşlar, özəl sektorlar, banklar gərək bu istiqamətdə birlik nümayiş etdirsin. Mən bir daha hüznlə Türkiyədə zəlzələ nəticəsində dünyasını dəyişən insanlara Allahdan rəhmət diləyir, yaralılara can sağlığı arzulayıram".

 

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 419 nəfər ölüb, 20 534 nəfər yaralanıb, 5 775 bina dağılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Sabah Bakıda 25 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.     Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən...

Dövlət büdcəsinə 14 milyard manat pul toplanıb - Bu, proqnozdan çoxdur

2025-ci ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinin gəlirləri 13,965 milyard manat olub. Bu, 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6% çoxdur. ...

Bakıda havanın temperaturu 25 dərəcəyə yüksələcək

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətində...

Bakıda avtomobil qiymətinə telefon satışa çıxarıldı - FOTO

Bakıda "Vertu" markalı mobil telefon fantastik qiymətə satışa çıxarılıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumat yerli elan saytl...

Avropa Rusiyadan qaz idxalını tam dayandıracaq - Tarix açıqlandı

Avropa İttifaqı (Aİ) 2025-ci ilin iyun ayında Rusiyadan qaz idxalını tam qadağan edən qanun layihəsi təklif etməyi planlaşdırır. Qanun layihəsi ən geci 202...

Bakıda 17 təhsil müəssisəsi yaxşı məktəblərin sırasındadır

Bu il respublika üzrə yaxşı məktəblərin sırasına şəhərin 17 təhsil müəssisəsi daxil olub.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məl...