Yeni dəyişikliklər pensiya məbləğini nə qədər artıracaq? - Millət vəkili ŞƏRH ETDİ

Yeni dəyişikliklər pensiya məbləğini nə qədər artıracaq? - Millət vəkili ŞƏRH ETDİ

Milli Məclisin əmək və sosial siyasət komitəsində “Sosial sığorta haqqında” Qanuna dəyişikliklər müzakirə edilib. Müzakirələrdən sonra dəyişikliklər plenar iclasa tövsiyə olunub. Dəyişikliklər qəbul edilərsə, Dövlət Sosial Müdafiə Fondu sərbəst vəsaitlərini investisiya etmək hüququna sahib olacaq.


Sfera.az xəbər verir ki, millət vəkili, iqtisadçı Vüqar Bayramov dəyişiklikləri şərh edib. 


V.Bayramov şərhində bildirib ki, “Sosial sığorta haqqında” Qanuna ilk dəfə olaraq “sərbəst vəsait” və “investisiya gəliri” terminləri əlavə olunub.

 

“Həmin anlayışlar Dövlət Sosial Müdafiə Fondunun investisiyaya yönəldilə bilən vəsaitini və bu vəsaitin sərmayəyə yönəldilməsi nəticəsində əldə edilən gəlirlərin formalaşması qaydasını müəyyən etməyə imkan verir”, - deyən V.Bayramov qeyd edib ki, dəyişiklikdən sonra adıçəkilən fond sərbəst vəsaitini azriskli sahələrə investisiya edərək gəlirlərini artıra biləcək:

 

“Fond bununla gəlir mənbələrini şaxələndirərək yalnız büdcə transferləri və yığımlardan asılı olmayacaq. Bu, fonda imkan verəcək ki, pensiya artımları daxil olmaqla fərqli istiqamətlərə daha çox vəsait ayırsın. Riskləri sığortalamaq üçün sərbəst vəsait hər hansı kommersiya bankında deyil, yalnız Mərkəzi Bankda saxlanılacaq. 
Bütövlükdə, məqsəd əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verməkdir. Sərmayə mexanizmi növbəti illərdə pensiya məbləğlərində yeni artımlara imkan yaradacaq. Bu imkanlar pensiya təminatının da güclənməsinə xidmət edəcək”.


Vasif

 


OXŞAR XƏBƏRLƏR