“Əli və Nino”nun ispan ulduzu Bakıda: "Aşiq oldum..." FOTOLAR

“Əli və Nino”nun ispan ulduzu Bakıda:

"Əli və Nino” filminin aktyor və yaradıcı heyəti media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, hazırda davam edən tədbirdə filmin "Nino"su, ispan aktrisa Mariya Valverde də iştirak edir.

O, Azərbaycan və film haqda təəssüratlarını bölüşüb:

"İlk dəfədir ki, Qafqaz xanımı obrazında idim. Bir gürcü qızını canlandırmaq şərəf idi. Real həyatda Azərbaycan kişisi sevməmişəm, amma Azərbaycanın özünə aşiq oldum. Geyimlərin üzərindəki naxışları xüsusilə bəyəndim. Yenidən təklif gəlsə, burada filmə çəkilərəm. Bakı evim kimidir".

Prodüser Kris Tikyer:

"Kostyumlar xüsusi seçilib, çox bahalıdırlar. Burada o dövrdə hətta Avropada az olan motorlu maşınlardan istifadə etdik. Filmin Los-Anceles təqdimatı noyabrın 15-də baş tutacaq. Sonra isə Portuqaliya, ABŞ və Türkiyədə premyera olacaq. Əli obrazını canlandıran Adam Bakri Bakıya gələ bilmədi. Sənədlərlə bağlı problem oldu".

Aktyor Numan Akar:

"Çəkiliş meydançası maraqlı hadisələrlə dolu idi. Qubanın təbiətinə heyran olduq. Bir gün səhər durduq ki, qar yağıb. Gözəl mənzərə idi".

Aktrisa Mehriban Zəki:

"Rejissor Asif Kapadiaya təşəkkür edirəm ki, məni də bu filmdə çəkdi. Əvvəlcə mənim yerimə Türkiyədən aktrisa dəvət etmək istədilər, amma Asif mənim üzərimdə təkid etdi".

Qeyd edək ki, Qurban Səidin eyniadlı romanı əsasında çəkilən filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə "Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Çəkilişlər Bakının müxtəlif məkanlarında, o cümlədən tarixi İçərişəhərdə, Qobustan, Xınalıq, Gəncə və Gədəbəydə aparılıb.

104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Fəxrəddin Manafov, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Buab, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.








OXŞAR XƏBƏRLƏR

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...

Gənclərimiz Çinə üz tutur - Nə vəd edir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında s...

Prezidenti Xankəndidə Sultan Əhməd Əl-Cabiri qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl...