AĞZINIZDA BU YARALARDAN ÇIXIRSA DİQQƏT EDİN!

AĞZINIZDA BU YARALARDAN ÇIXIRSA DİQQƏT EDİN!
Ağız içindəki yaralar (Aft) sümük toxuması təbəqəsi üstündə qırmızı oval yaralar halında görülür. 

Sfera.az xəbər verir ki, Səhiyyə Nazirliyinin bu haqda yaydığı bir statistika yoxdur, amma digər ölkələrin göstəricilərinə baxanda, ümumi əhalinin 20% ilə 40%-i arasındakı insan, həyatının bir dövründə bu yaralarla qarşı-qarşıya qalır.

Başqa bir statistika isə qadınların kişilərə nisbətən bu yaralara daha meylli olduğunu göstərir.

Dabaq əsasən: Yanaq dişləmə, dodaq yemə və ya zərbə nəticəsində ağız içində yaranan açıq yaralar, ədviyyat, şokolad, qəhvə kimi müxtəlif ərzaqlara qarşı həssaslıq, bəzi vitamin və mineral nöqsanları, hormon dalğalanmaları, bəzi diş pastaları və qarqara suları səbəbindən yaranmaqla yanaşı, bunlardan fərqli bir səbəb nəticəsində də yarana bilir.

Dabaq, qadınlardan başqa ən çox yetkinlikdə və yetkinliyi təqib edən 4-5 illik prosesdə görülür. Yaş irəlilədikcə (normal səhiyyə şərtlərində) yaralar daha az görülməyə başlayır.

Yoluxucu olmayan dabaq səbəbləri arasında bir çox fərqli problem, irsi xüsusiyyətlər və ətraf mühit şərtləri göstərilsə də bu yaraların tam olaraq səbəbi məlum deyil.

Yuxarıda sadalanan səbəblərə əlavə qayğı və stress kimi duyğu vəziyyətləri, bəzi dərmanlar (ağrı kəsicilər, beta blokerler) ağız içinin  müxtəlif bölgələrində yaraların yaranmasına səbəb olur.

XORANIN DİGƏR SƏBƏBLƏRİ

Helicobacter Pylori: Bəzi araşdırmalar, peptik xoraya (mədə yarası) səbəb olan "helicobacter pylori" bakteriyanı, ağız içində yaranan yaraların səbəbləri arasında göstərir.
Ülseratif Kolit: Kolon və düz bağırsağın daxili çəpərində xoralara və dağıtmaya səbəb olan "ülseratif kolit" ilə xroniki və iltihabı bir bağırsaq xəstəliyi olan "Crohn xəstəliyi" təkrar edən xoaralara səbəb ola bilər.
Ağız Baxım Məhsulları: Natrium lauril sulfat tərkibli diş məcunu və qarqara sularının aft əmələ gəlməsi riskini artırdığı məlumdur. Bu məhsulları satın alarkən qablaşdırma üzərindəki içindəkilər hissəsinə baxaraq "sodium lauryl sulfate" daşıyıb daşımadığını öyrənə bilərsiniz.
Ədəd Dövrü: Ədəd dövründəki hormon dalğalanmaları xora əmələ gəlməsinə yol aça bilər.
Vitamin və Mineral Nöqsanları: B12 vitamini, fol turşusu, sink və dəmir çatışmazlığı aftlara səbəb ola bilər.
 
Bəzi Qidalar: Acı ədviyyatlar, portağal, qreypfrut, limon kimi turşulu bəzi qidalar və çox isti yeməklər ağız yaraları səbəbləri arasındadır.
Qırıq Diş: Üzünüzü dişləməyə səbəb olan qırıq və ya əyri dişlər xora riskini artırır.

DABAQ XORASI ÜÇÜN HƏKİMƏ NƏ VAXT MÜRACİƏT EDİLMƏLİDİR?

Əvvəla, kiçikdə olsa təkrarlanan xora üçün həkimə getmək lazımdır. Çünki normalda xoralar tez-tez təkrar olan yaralar deyil. Həkim diaqnozu və müalicəsi tələb edən halları belə sıralaya bilərik.
 
Aftın səbəb olduğu ağrı çoxalırsa və nəzarət etmək olmursa. Xora ishalla birlikdə görülürsə həkimə getmək lazımdır. Bu halda, sistemli bir probleminiz ola bilər.
Yaralar ağız içindən başqa bölgələrdə, xüsusilə genital bölgədə görülərsə.
3 həftədən uzun müddətdə xoralar üçün həkimə getməlisiniz.
Həkiminiz müayinə zamanı herpes, yaralanma və infeksiya ehtimallarını seçmək üçün müxtəlif testlər istəyə bilər. 

DABAQ XORASI MÜALİCƏSİ

Xora müalicəsində istifadə edilən üsullar yaraların səbəbinə bağlı olaraq fərqliliklər göstərə bilər. Bundan başqa, istifadə etdiyiniz ağız baxım məhsulları dəyişməyiniz və yediyiniz qidalarda dəyişiklik etməyiniz lazımdır.
 
 
Aytac
 
 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.




OXŞAR XƏBƏRLƏR