Dağıntılar altında qalan azərbaycanlı tələbələr xilasedicilər tərəfindən tapıldılar - FOTOLARI

Dağıntılar altında qalan azərbaycanlı tələbələr xilasedicilər tərəfindən tapıldılar - FOTOLARI

Malatyada dağıntılar altında qalan dörd nəfər tələbəmiz xilasedicilər tərəfindən tapıblar.

 

Sfera.az xəbər verir ki, bu barədə “Azərbaycan universitetləri” “Facebook” səhifəsində paylaşım edilib.

 

Qeyd edilib ki, dağıntılar altında olan tələbələrimizin adları səslənib, tələbələr cavab veriblər və onların hər biri sağdır.

 

****

 

16:23

 

Türkiyədə baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalanlar arasında azərbaycanlı tələbələr də var.

 

Sfera.az-ın əldə etdiyi məlumata görə, onlar Hümam İsmayıllı, Samir Quliyev, Şahin Verdiyev və Gündüz Nəzərzadədir.

 

Qeyd edək ki, 6 fevral 2023-cü il tarixində Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində Operativ Qərargah yaradılıb. 

 

Operativ Qərargah Azərbaycan Respublikasının İstanbul və Qars şəhərlərindəki Baş Konsulluqlarında yaradılmış Operativ Qərargahlarla əlaqəli şəkildə zəlzələdən zərərçəkmiş Azərbaycan Respublikası vətəndaşlarını müəyyənləşdirməkdədir.

 


OXŞAR XƏBƏRLƏR