Rusiyanın yeni hücumları 10 gün ərzində başlayacaq – Kəşfiyyat məlumatı

Rusiyanın yeni hücumları 10 gün ərzində başlayacaq – Kəşfiyyat məlumatı

“Kiyev rəhbərliyində Rusiya ordusunun genişmiqyaslı hücuma başlamaq planlarına dair etibarlı kəşfiyyat məlumatları var”.

 

Sfera.az bildirir ki, bu barədə “Financial Times” nəşri yazıb. Britaniya jurnalistləri Ukrayna Müdafiə Nazirliyi və Ukrayna Silahlı Qüvvələrindəki mənbələrə istinadən bildirib ki, hücum əməliyyatları 10 gün ərzində başlayacaq.

 

Materialda həmçinin qeyd edilib ki, yeni hücum üçün ən çox ehtimal olunan yer Luqansk Xalq Respublikasının Kremennaya və Krasnı Liman şəhərləri yaxınlığındakı qərb hissəsi olacaq.

 

“Rusiya bir neçə həftədir ki, bu istiqamətdə və Donetsk vilayətinin cənubunda qüvvələr toplayır”, deyə əlavə olunub.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR