Ceyhana neft göndərilməsi DAYANDIRILDI - SƏBƏB

Ceyhana neft göndərilməsi DAYANDIRILDI - SƏBƏB

Təhlükəsizlik məqsədilə Ceyhanda yerləşən neft emalı zavoduna neft göndərilməsi dayandırılıb.


Sfera.az xəbər verir ki, “Bloomberg”ə açıqlama verən yüksək vəzifəli məmurun sözlərinə görə, limana gələn neft kəmərində heç bir sızma və təzyiq problemi olmasa da, Ceyhan neft emalı müəssisəsinə neft göndərilməsi təhlükəsizlik məqsədilə dayandırılıb. 


Zəlzələ enerji infrastrukturunda da müəyyən problemlər yaradıb. “Bloomberg”ə danışan yüksək vəzifəli şəxs zəlzələdən sonra Qaziantep-Maraş təbii qaz xəttinin zədələndiyini və yanğınların söndürüldüyünü bildirib. 


Qeyd edək ki, Ceyhan limanı vasitəsilə Azərbaycan da neft ixracını həyata keçirir. Liman zəlzələnin baş verdiyi Adana rayonunun ərazində yerləşir. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR